- Baxış sayı: 18
- 15 Oktyabr 2024 20:20
- Baxış sayı: 67
- Oktyabr 11, 2024
- 0
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik dünən İspaniya çempionatında “Jirona” ilə matçda zədələnən yarımmüdafiəçi Dani Olmonun durumu haqda danışıb.
Allsport.az xəbər verir ki, almaniyalı çalışdırıcı Olmonun zədəsinin ciddi olmadığına ümid etdiyini bildirib:
“Olmo? Test nəticələrini sabah görəcəyik. Onunla həkimlərimiz məşğul olacaq. Hələ hər şeyin yaxşı olduğuna əmin deyilik. Ümid edirəm ki, zədə ciddi deyil, amma daha heç nə deyə bilmərəm”.