Ümumdünya uşaq hüquqları gününə tədbir

20 Noyabr – Ümumdünya uşaq hüquqları günü çərçivəsində futbol tədbiri keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə AFFA-nın kütləvi futbol departamentinin rəhbəri veteran futbolçu Fərrux İsmayılov, futbol və sosial məsuliyyət üzrə menecer Kifayət Mustafayeva, “Neftçi” futbol klubunun üzvləri Aqil Məmmədov, Rəhman Hacıyev, veteran futbolçu Vaqif Cavadov və aparıcı müsiqiçi Vüqar Bəxtiyar iştirak edib. 

İlk olaraq Bakı olimpiya stadionuna səfər edən 11-13 yaşarası uşaqlara stadion turu təşkil olunub və veteran futbolçular uşaqların onlara ünvanlanan suallarını cavablandırıblar. Tur çərçivəsində uşaqlar üçün  “Zirə” FK-nın baş məşqçisi Rəşad Sadıqovla, oyunçularla görüş təşkil olunub və xatirə şəkili çəkdirilib.

Sonda uşaqlara “Regional inkişaf” ictimai birliyi və Azərbaycan futbol federasiyaları assosiasiyası tərəfindən hədiyyə paketləri və toplar təqdim edilib.

Kampaniya uşaq hüquqlarını təşviq etmək, bu istiqamətdə müxtəlif məzmunlu maarifləndirmə işi aparmaq, eyni zamanda uşaqların bilik və bacarıqlarının artırılmasına, fərdi inkişafına töhfə vermək məqsədi daşıyır.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish