- Baxış sayı: 33
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 146
- Noyabr 28, 2024
- 0
“Qarabağ”ın yeni transferi Uroş Matiç açıqlama verib. Allsport.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Ağdam klubuna gəldiyi üçün xoşbəxt olduğunu bildirib:
“Təbii ki, “Qarabağ” haqqında məlumatım var idi, bilirdim ki, ölkənin ən böyük klubudu. Bilirdim ki, müntəzəm olaraq avrokuboklarda çıxış edir, bu da mənim “Qarabağ”ı seçməyimdə əsas rol oynadı. Artıq “Qarabağ”ın içindəyəm.
Bir daha şahidi oldum ki, bu uğurların heç biri təsadüfi deyil. Komandada çox yaxşı ailə atmosferi var və çox xoşbəxtəm ki, bu ailənin bir üzvünə çevrildim. Yeni komandama fayda vermək üçün bütün gücümlə çalışacağam və oyunumla özümü azarkeşlərə sevdirəcəm”.