- Baxış sayı: 42
- 19 Yanvar 2026 21:37
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Ağır çəkidə mütləq dünya çempionu Aleksandr Usik ilə amerikalı boksçu Deontey Uaylder arasında döyüşün təşkili planlaşdırılır.
Allsport.az xəbər verir ki, qarşılaşmanın cari ilin aprelində Las-Veqas və ya Los-Anceles şəhərlərində keçirilməsi nəzərdə tutulur.
Ukraynalı boksçu Usik sonuncu döyüşündə Daniel Dübuanı nokautla məğlub edib. Onun 40 yaşlı rəqibi Uaylder isə ötən ilin iyununda Tayrrell Herndona qalib gəlib.