“Ustad dərsləri davamlı olacaq”

Bu gün Heydər Əliyev mərkəzinin parkında ACF-in təşkilatçılığı ilə uşaqlar üçün cüdo üzrə növbəti ustad dərsi keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirdə iştirak edən federasiyasının vitse-prezidenti Elnur Məmmədli KİV-ə açıqlama verdi:

“Belə ustad dərsləri təşkil etməkdə məqsəd yeniyetmə və gənclərdə cüdo idmanına maraq artırmaqdır. Sağlam bədəndə sağlam ruh olur. Onlar gələcəyin əsgərləridir. Cüdo dünyada çox məşhur idman növlərindəndir. Azərbaycanda cüdo üzrə dünyada sayılıb seçilən ölkələrdən biridir.

Buna qədər Göygöldə və Zaqatalada ustad dərsi keçirdik. Tədbir davamlı olacaq. Məqsədimiz yeniyetmə və gənclər arasından yeni olimpiya, dünya və Avropa çempionlarının çıxmasıdır”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish