Üzərlərindən kürü tapıldı, hava limanında saxlanıldılar

“Salavat Yulayev” klubunun baş direktorunun müavini Aleksandr Kislitsın və komandanın rəisi Yuri Popov Xabarovsk hava limanında saxlanılıb.

Allsport.az xəbər verir ki, onların üzərindən 5,5 kq qara kürü tapılıb.

Popov kürünün ona məxsus olduğunu və alış zamanı qəbz götürmədiyini deyib.

Hokkey klubunun nümayəndələri dindirildikdən sonra sərbəst buraxılıblar.

Yuri Popova qarşı Rusiya cinayət məcəlləsinin 258.1-ci “Xüsusi dəyərli vəhşi heyvanların və su bioresurslarının qanunsuz ovu və dövriyyəsi” maddəsi ilə istintaq prosesi keçirilib.

Həmin kateqoriyadan