- Baxış sayı: 62
- 07 İyul 2025 10:20
- Baxış sayı: 41
- İyul 07, 2025
- 0
Slovakiyanın Jilina şəhərində üzgüçülük üzrə yeniyetmələrin olimpiya oyunlarına lisenziya verən açıq birincilik keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi 9 idmançı təmsil edib.
Maksim Şemberev müxtəlif üsulla 4 qızıl və 1 gümüş medal qazanıb. Fatimə Alkaramova 3 qızıl və 2 bürünc medala yiyələnib.
Millimizin digər üzvlərindən Ayan Kələntərova 1 qızıl, 4 gümüş, Alsu Bayramova 2 qızıl, 1 bürünc, Ramil Vəlizadə 3 gümüş, Rəşad Əlquliyev gümüş və Vəli İsrafilov isə bürünc mükafata sahib çıxıblar.