- Baxış sayı: 34
- 02 İyun 2023 20:18
- Baxış sayı: 24
- İyun 04, 2023
- 0
Azərbaycan üzgüçülük idmanı tarixində ilk dəfə 2 hakim rəsmi məktəb bitirərək beynəlxalq status alıblar. Allsport.az saytı xəbər verir ki, Makedoniya paytaxtı Skopyedə FİNA-nın təşkil etdiyi referilik məktəbində ölkəmizi AÜF-in vitse-prezidenti Elçin Həsənov və millinin baş məşqçisi Rəşad Əbdurəhmanov təmsil ediblər.
Onlar 2 gün davam edən nəzəri və təcrübi məşğələnin sonunda imtahan verərək yüksək bal qazanıblar və ilk dəfə beynəlxalq hakim adını alıblar. Həmyerlilərimiz 2019–2022-ci illərdə Beynəlxalq Su İdman Növləri Federasiyasının rəsmiləri siyahısına da salınıb.