Üzgüçülük məşqçiləri üçün 2-ci seminar

Allsport.az saytı xəbər verir ki, məşğələnin ilk günündə nəzəri hissəsi Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında olub. Seminara ilk dəfə 40-a yaxın şəhər və rayondan 200-ə yaxın məşqçı qatılıb.

Tədbirin idarəçisi üzgüçülük federasiyanın idman direktoru İvan Petrov olub. Məşqçilər üçün ilk gündə brass və baterfay üzmə üsulları ilə bağlı mühazirə keçirilib. Onlara bu üsulların tədris olunması yollarının nəzəri bilikləro tədris olunub.

Seminarın 2-ci günündə praktik məşğələlər Bakı su idman sarayında davam etdirilib. Burada İvan Petrov və üzgüçülük üzrə millinin məşqçisi Daniel Dudaşın iştirakı ilə su hovuzunda ötən gün tədris olunan nəzəriyyələrin praktik tətbiqi məşqçilərin diqqətinə çatdırılıb.

Üzgüçülük üzrə seçmə komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov bildirib ki, bu gün ölkədə fəaliyyət göstərən olimpiya komplekslərinin 95 faizində üzgüçülük hovuzları var. Həmin idman komplekslərində çalışan məşqçilər üçün belə seminarların təşkili yaxın zamanlarda bəhrəsini verəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish