- Baxış sayı: 31
- 26 Mart 2023 12:34
- Baxış sayı: 93
- Mart 26, 2023
- 0
“Neftçi İdman Klubu”, kişi voleybolçuların yüksək liqasının 6-cı turunda MOİK-ə 3:0 qalib gəlib. Oyunla bağlı allsport.az saytına komandanın diaqonal hücumçusu Vadim Kutukov bunu söyləyib:
“Rəqib gənclərdən təşkil olunsa da, mübarizəyə hazır cıxmışdıq və gözəl nəticə qazandıq. Baxmayaraq ki, MOİK ötən görüşdə “Murov”a 2:0 qalib gəlirdi və yalnız təcrübəsizlik üzündən sonda 2:3 uduzdu.
MOİK – sürpriz komandadır, bu üzdən biz ehtiyatı əldə vermədik, boşalmadıq. Ardıcıl 2-ci gələbəni bayram etdik. Çalışacağıq ki, bunun davamı olsun. Bu günkü oyunda gənc voleybolçularımızdan Rəşad, Sənan, Ələskər, Zakir və Fərda çox gözəl oyun göstərdilər”.