Velosiped idmanının kütləviləşməsində xidmətləri olanlar mükafatlandırılıb

Azərbaycan velosiped federasiyası, Respublika velotreki və Respublika olimpiya ehtiyat qüvvələri ixtisaslaşdırılmış uşaq-gənclər velosiped məktəbinin əməkdaşları idman siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətlərinə, velosiped idman növünün kütləviləşdirilməsində, gənclər arasında idmana olan marağın artırılmasında göstərdikləri xidmətlərə görə Nərimanov rayon gənclər və idman idarəsi tərəfindən təltifləniblər.

Allsport.az saytı xəbər verir ki, idarə rəisi Nəcəf Novruzov AVF-in üzvü Səhər Mehman, RV-in direktoru Tamerlan Salahov, həmin idman qurğusunun əməkdaşı Vüsal Teymurov və ROEQİUGVM-in baş təlimatçısı Tural Sadıqlıya fəxri fərmanlar təqdim edib. GİN rəsmisi ölkəmizdə idmanın inkişafı istiqamətində aparılan uğurlu siyasətə dəstək olduqlarına görə onlara minnətdarlığını bildirərək, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish