Vergi borcuna görə axtarışa verildi

Yüngül çəkidə keçmiş dünya çempionu Artur Beterbiyev axtarışa verilib.

Allsport.az xəbər verir ki, buna səbəb 40 yaşlı idmançının Rusiya federal vergi xidmətinə 21 min rubl borclu olmasıdır.
Sənədlərə əsasən, boksçunun Rusiyada biznesi yoxdur. O, yeganə fərdi sahibkarlığını 2024-cü ildə bağlayıb.

Beterbiyevin 21 qələbəsi (20-si nokautla) və 1 məğlubiyyəti var.

Həmin kateqoriyadan