Verstappenin yeni dəbilqəsi – FOTO

“Red Bull” komandasının pilotu Maks Verstappen gələn mövsüm üçün yeni dəbilqəsini təqdim edib.

Allsport.az xəbər verir ki, Formula-1 üzrə dördqat dünya çempionun dəbilqəsinin dizaynı onun avtoidman karyerasının başlanğıcına istinad edir.

“Bu dəbilqənin dizaynı dörd yaşım olanda yarışmağa başladığım dəbilqəyə çox bənzəyir. Bu atamın dizaynına əsaslanırdı və mən bununla fəxr edirəm.

Kiçik detallardan biri də Niderland bayrağını təmsil edən qırmızı və mavi xətlərdir”, – deyə Maks bildirib.

Həmin kateqoriyadan