Veteran şahmatçıların ölkə çempionatında kim qalib oldu?

Veteran şahmatçıların Azərbaycan çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, bu dərəcədə ilk dəfə keçirilən yarışda qalib adını 9 oyundan 8 xal toplayan Fikrət Sideifzadə qazanıb.

Çempiondan 1 xal geri qalan Lütviyar Rüstəmov 2-ci, 9 oyundan 6,5 xal toplayan Asəf Abdullayev 3-cü olub.

Yarışın yeganə xanım iştirakçısı qadınların arasında 13 dəfə Azərbaycan çempionu olan Elmira Əliyeva 6 xalla 4-cü yer tutub.

Həmin kateqoriyadan