“Viktoriya”nın hücumçusu: “Qarabağ”la oyunda yaxşı müdafiə olunsaq, uğur qazana bilərik

“Viktoriya”nın nigeriyalı futbolçusu Forçun Akpan Bessi, çempionlar liqasının pley-ofunda rəqibi “Qarabağ” barəsində söz açıb. Allsport.az saytı xəbər verir ki, “Ferentsvaroş”dan icarəyə götürülən 24 yaşlı hücumçu, 3-cü təsnifatda Macarıstan komandasının Azərbaycan təmsilçisinə uduzmasını xatırlayaraq deyib: 

“Bu rəqibə qalib gələ bilərik. “Qarabağ”la matçlar çətin idi, indi də belə olacaq. “Qarabağ” irəlidə fəal oynayır və bütün diqqətini rəqibin səhvlərinə cəmləyir. Yaxşı müdafiə olunsaq, uğur qazana bilərik. İnanıram ki, yaxşı mübarizə aparacağıq və bu komandanın öhdəsindən gələcəyik”.

Plzen klubu ilə ilk oyun avqustun 17-də Bakıda saat 20:45-də başlayacaq. Avqustun 23-də Çex Respublikası cavab matçı bizim vaxtla saat 23:00-da start götürəcək.

Xatırladaq ki, “köhlən atlar” ilk oyunda “Ferentsvaroş”la 1:1 etsə də, cavab görüşündə 3:1 qalib gələrək pley-ofa adlayıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish