- Baxış sayı: 32
- 09 Dekabr 2024 23:52
- Baxış sayı: 154
- Dekabr 09, 2024
- 0
İrlandiyanın “Dandalk” klubunun baş məşqçisi Vinni Pert paytaxtımızda açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, çempionlar liqasının 2-ci təsnifatında “Qarabağ”la görüşdə zəif olduqlarını etiraf edib:
Oyundan qabaq iddialı açıqlamalar verirdik. Bəli, biz iddialı idik, qələbə qazanıb turu keçmək əsas məqsəd idi. Amma olmadı. Kipirdə heç kimin xətrinə dəymək istəməzdim. Bəzən büccənin böyük olmağı heç nəyi həll etmir.
Meydanda 90, bəzən 120 dəqiqə sona qədər mübarizə aparıb qələbəyə inanan qalib gəlir. Hansı bir baş məşqçi oyundan əvvəl meydana çıxıb deyər ki, filan komanda bizdən güclüdür, çalışıb bu komandadan bacardıqca az top buraxmaq lazımdır.
Əgər belə bir fikirdə olan varsa, demək ki, onlar artıq oyuna çıxmadan məğlub olanlardı. Növbəti turda “Qarabağ”a azarkeşlik edəcəyəm. Alınarsa, oyuna TV vasitəsi ilə də baxacağam. “Qarabağ” bəlkə də son 7 ildə qarşılaşdığımız ən güclü kulubdur. Düşünürəm ki, “Qarabağ” APOEL-i də keçib yoluna davam edəcək.