- Baxış sayı: 11
- 10 Noyabr 2025 15:14
- Baxış sayı: 95
- Noyabr 09, 2025
- 0

“Yuventus”un hücumçusu Duşan Vlahoviç komandasını dəyişə bilər.
Allsport.az xəbər verir ki, serbiyalı futbolçu “Bavariya”nın maraq dairəsinə düşüb.
Münhen təmsilçisi 25 yaşlı oyunçunu gələn yay azad agent kimi heyətinə qatmağa çalışacaq.
Vlahoviç cari mövsümdə “A” seriyasında 6 oyun keçirib və 2 qolla yadda qalıb.