“Volan” badminton klubunun təşkilatçılığı ilə həvəskarlar arasında yarış

Azərbaycan badminton federasiyasnın 60-illiyi çərçivəsində həyata keçirilən silsilə tədbirlərin davamı olaraq həvəskarlar arasında növbəti dəfə komanda yarışı keçirilib. ABF-in dəstəyi və “Volan” badminton klubunun təşkilatçılığı ilə keçirilən turnirdə ümumilikdə 68 iştirakçı 4 komandanın tərkibində birincilik uğrunda mübarizə aparıb.

Şəxsi kateqoriya üzrə keçirilən görüşlərdə ümumilikdə 36 kişi və 32 qadın iştirak etmişdir ki, bununla da gender bərabərliyi təmin edilmişdir. Komandalar rəmzi olaraq Azərbaycanda badmintonun inkişafında müstəsna xidmətləri olan, bu idman növünün ölkəmizdə tanınmasında əməyi olmuş mərhum badmintonçularımız Lado Mehdiyev, Nazim Əliyev, Qardaşxan Adıyev və gənc yaşda dünyasını dəyişən badmintonçumuz Elşən Novruzovun adını daşıyıb.

Böyük marağa səbəb olan yarışda yerli vətəndaşlarla yanaşı ölkəmizdə yaşayan Türkiyə, Çin, Hindistan, Pakistan, Ukrayna, Özbəkistan, İran, Rusiya, Şri-Lanka və Fillipindən olan əcnəbi həvəskar badmintonçular da qüvvəsini sınayıb.

Yarışın qalibi 33 xalla turnir cədvəlinə başçılıq edən Qardaşxan Adıyevin adını daşıyan komanda olub. Nazim Əliyev və Lado Mehdiyevin adını daşıyan komandalar isə müvafiq olaraq turnir cədvəlinin ikinci və üçüncü sırasında qərarlaşıb. İlk 3 yerin sahiblərinə Azərbaycan Badminton Federasiyası tərəfindən diplom və hədiyyələr təqdim edilib.

Fərdi olaraq qadınlar arasında Şəfa Əliyeva, kişilərdə isə Qriqoriy Briantsev turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish