Voleybol millilərin təqvimi

Avropa qızıl və gümüş liqalarında iştirak edəcək voleybol üzrə qadınlardan və kişilərdən ibarət milli komandaların oyun təqvimləri bəlli olub.

Allsport.az xəbər verir ki, reqlamentə əsəsən hər iki yarış üç turdan ibarət olacaq. Bütün turların nəticələri bir turnir cədvəlində toplanacaq. Yekunda ilk 4 yeri tutacaq yığmalar “Dördlər finalı”na yüksələcəklər. Qadınların yarışında 12 ölkənin milli komandası, kişilərin mübarizəsində isə 8 ölkənin millisi iştirak edəcək.

Avropa qızıl liqasında çıxış edəcək qadınlardan ibarət Azərbaycan komandasının rəqibləri Macarıstan, Sloveniya, Slovakiya, Monteneqro, Rumıniya və Xorvatiya yığmaları olacaq.

Avropa gümüş liqasında çıxış edəcək kişilərdən ibarət yığmanın isə Gürcüstan, İsveç, Macarıstan, Lüksemburq, Avstriya və Farer adaları komandalarına qarşı mübarizə aparacaq.

Qızıl liqasının ilk turu, gümüş liqasının isə 2-ci turu Bakıda baş tutacaq.

Avropa qızıl liqası (qadınlar)

I turnir (Azərbaycan)

30.05.2025

18:00 Macarıstan – Azərbaycan  

31.05.2025

18:00 Sloveniya – Macarıstan  

01.06.2025

18:00 Azərbaycan – Sloveniya

Oyunlar GİN-nin voleybol mərkəzində keçiriləcək.

II turnir (Slovakiya)

06.06.2025

20:00 Azərbaycan – Slovakiya

07.06.2025

18:00 Monteneqro – Azərbaycan

08.06.2025

18:00 Slovakiya – Monteneqro

III turnir (Xorvatiya)

13.06.2025

16:30 Azərbaycan – Xorvatiya

14.06.2025

16:30 Rumıniya – Azərbaycan

15.06.2025

16:30 Xorvatiya – Rumıniya

Avropa gümüş liqası (kişilər)

I turnir (İsveç)

06.06.2025

17:00 Azərbaycan – İsveç

07.06.2025

17:00 Gürcüstan – Azərbaycan

08.06.2025

17:00 İsveç – Gürcüstan

II turnir (Azərbaycan)

13.06.2025

18:00 Lüksemburq – Azərbaycan

14.06.2025

18:00 Macarıstan – Lüksemburq

15.06.2025

18:00 Azərbaycan – Macarıstan

III turnir (Farer adaları)

20.06.2025

19:00 Azərbaycan – Farer adaları

21.06.2025

17:00 Avstriya – Azərbaycan

22.06.2025

17:00 Farer adaları – Avstriya

Oyunların keçirilmə saatı yerli vaxtla göstərilib.

Həmin kateqoriyadan