- Baxış sayı: 34
- 23 Mart 2025 13:29
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Azərbaycan premyer liqasının XXIII turunun “Sumqayıt”la oyunu (3:0) “Zirə”nin futbolçusu Davit Volkov üçün əlamətdar olub.
Allsport.az xəbər verir ki, 29 yaşlı gürcüstanlı hücumçu Bakı klubunda 100-cü matçını keçirib. O, bu görüşlərdə 34 qola imza atıb.
2020-22-ci illərdə oynadığı “Zirə”yə ötən yay qayıdan Volkov premyer liqada 80 (28 qol), ölkə kubokunda 12 (2 qol), avrokuboklarda 8 (4 qol) matç keçirib. O, “qartallar”ın heyətində 2020-ci il fevralın 1-də “Sabah”la görüşdə (2:0) debüt edib.