- Baxış sayı: 28
- 20 Yanvar 2025 18:29
- Baxış sayı: 158
- Yanvar 19, 2025
- 0
Davit Volkov Azərbaycan çempionatlarında 50-ci qolunu vurub.
Allsport.az xəbır verir ki, “Zirə”nin futbolçusu Azərbaycan premyer liqasının XV turunun “Sumqayıt”la görüşündə (4:1) het-trikə imza atıb. Onun matçdakı son topu yubiley – 50-ci olub.
Gürcüstanlı hücumçu buna 163-cü görüşündə çatıb. Volkov Azərbaycanda üç klubda forma geyinib. O, “Zirə”də 27, “Sabah”da 16, “Qəbələ”də 7 qola imza atıb.
Davit Azərbaycan çempionatları tarixində 50 və daha çox qol vuran 41-ci futbolçudur.