- Baxış sayı: 29
- 28 Yanvar 2023 18:38
- Baxış sayı: 19
- Yanvar 30, 2023
- 0
Avropa çempionu Vüqar Həşimovun xatirəsinə VIII beynəlxalq turnir başlayıb. Allsport.az saytı xəbər verir ki, yarışda ilk gedişi mərhum şahmatçının atası Qasım Həşimov edib. 1-ci oyun günündə 3 turun oyunları keçirilib.
Azərbaycan təmsilçilərindən Rauf Məmmədov qalib gəlib. O, komanda yoldaşı Abdulla Qədimbəylidən üstün olub. Şəhriyar Məmmədyarov çinli Van Hao ilə heç-heçə edib. Abdulla Süleymanlı isə ABŞ təmsilçisi Semuel Şenklendə uduzub. Hindistanlı Qukeş Dommaracu Rumıniya idmançısı Riçard Rapporta, Özbəkistan zəka sahibi Nadirbəy Abdusəttorov isə ispaniyalı Valeho Ponsa qalib gəlib.
İkinci turda R.Məmmədov Q.Dommaracuya, V.Pons R.Rapporta, N.Abdusəttorov A.Süleymanlıya, V.Hao isə A.Qədimbəylidən üstün olub. Ş.Məmmədyarov isə S.Şenklendlə heç-heçə edib.
Günün sonuncu turunda R.Məmmədov V.Hao, A.Qədimbəyli isə S.Şenklendlə sülhə razılaşıblar. A.Süleymanlı R.Rapporta, Ş.Məmmədyarov N.Abdusattorova, Q.Dommaracu isə V.Ponsa məğlub olub.