- Baxış sayı: 38
- 10 Oktyabr 2024 23:46
- Baxış sayı: 81
- Oktyabr 10, 2024
- 0
U-19 millinin baş məşqçisi Vüqar Məmməd qitə çempionatının seçmə mərhələsində bu gün Gürcüstana qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri görüş barədə bunu söyləyib:
“Qələbə qazandığımız üçün futbolçularımı təbrik edirəm. Ağır qarşılaşma oldu. Rəqibimiz güclü futbolçulardan təşkil olunmuş komandadı. Çox istəkli idik. Futbolçularım xarakter göstərdilər. Taktiki planda etdiyimiz dəyişikliklər bəhrəsini verdi.
Qələbəyə baxmayaraq, çalışmalarımızı davam etdirməliyik. Futbolçularıma inanıram. Hələ heç nə dəqiqləşməyib və buna görə də qrupdakı son oyunumuza ciddi hazırlaşacağıq. Nəticə baxımından bizim üçün finala bərabər qarşılaşma olacaq”.