- Baxış sayı: 51
- 29 Sentyabr 2023 23:51
- Baxış sayı: 51
- Sentyabr 29, 2023
- 0
Gürcüstanın “Samtredia” klubunun futbolçusu Nicat Qurbanov klubun “Facebook” səhifəsinə açıqlama verib. Allsport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi çempionatın 6-cı turunda “Merani”yə qalib gəldikləri oyundan (2:1) danışıb:
“Merani” ilə yaxşı oynadıq. Biz qələbə üçün hər şeyi etdik. Əgər növbəti oyunlarda da belə davam etsək, nəticə yaxşı olacaq”.
Nicat vurduğu qoldan sonra əsgər salamı verməsindən söz açıb: “O ki qaldı vurduğum qol zamanı etdiyim jestə, bu, müharibə zamanı həlak olan mənim bütün həmvətənlərimə həsr olunur. Hazırda onların ailəsi və yaxınları çətin durumdadır. Bu addımımla onları dəstəkləmək istədim”.