- Baxış sayı: 41
- 21 Mart 2025 23:57
- Baxış sayı: 48
- Mart 20, 2025
- 0
“Kəpəz” premyer liqanın XXII turunda səfərdə “Araz-Naxçıvan”la heç-heçə edib – 0:0.
Allsport.az xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Azər Bağırov bunu deyib:
“Çətin oyun oldu. Xalsız dönmək istəmirdik. Zədəli, cəzalı futbolçumuz vardı. Buna baxmayaraq rotasiya edə bildik. Oyunda məğlub da ola bilərdik. Rəqibin ustalığı, keyfiyyəti göstərdi ki, futbol oynaya bilirlər. Futbolçularıma təşəkkür edirəm. Meydanda vuruşdular. Bəlkə də birinci hissənin sonunda təkbətək epizodu vura bilsəydik nəticə tam başqa cür olardı. Rəqib üstümüzə daha çox gəlməyə başlayacaqdı. İkinci hissə bizim üçün çətin başladı. Amma yekunda bir xal qazandıq. Məncə, yaxşı nəticədir”.