- Baxış sayı: 34
- 19 Mart 2023 14:55
- Baxış sayı: 15
- Mart 20, 2023
- 0
Mərkəzi Qəhramanmaraş olan 7,7 bal gücündə zəlzələnin ən böyük dağıntıya səbəb olduğu Xataydan daha bir sarsıdıcı xəbər gəlib. Allsport.az saytı xəbər verir ki, TVF şəhərin qadın voleybol klubunun 4 üzvü – Gözdə Öztürk, Dilək Mucuq, Əhsən Baş və İrəm Qurdoğlunun fəlakətdən həyatlarını itirdiyini açıqlayıb.
Federasiya 4 gün əvvəl Xatayın gənclərdən ibarət komandasının oyunçularından Cərən Ağman və gənc futbolçu Elçin Çınarın həyatını itirdiyini elan edib. İndi bu ağrıya 4 voleybolçu da əlavə olunub. Klubun ulduz komandasının kapitanı, soyadları hələ öyrənilməmiş Ece və gənclər liqasından Elif də həyatını itiriblər.
“Rasus Kimya Xatay Voleybol Gənclər və İdman Klubu” qadınların 2-ci liqasının 15-ci qrupunda yer alırdı. Çempionluq uğrunda mübarizə aparan komanda 14 oyunda 12 qələbə, 2 məğlubiyyətlə lider “Alpedo Qəhəamanmaraş Voleybol”undan sonra 2-ci pillədə qərarlaşmışdı.