- Baxış sayı: 26
- 03 İyun 2023 12:03
- Baxış sayı: 25
- İyun 03, 2023
- 0
Mərhum gənclər və idman naziri, görkəmli ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunmuş şahmat turniri başa çatıb.
Allsport.az xəbər verir ki, məktəblilər arasında təşkil edilən klassik turnirdə 9 rayon və şəhərdən 100-dən çox şahmatçı mübarizə aparıb.
Oğlanların yarışında ilk 3 yeri Cahandar Azadəliyev, Süleyman Süleymanlı və Kamal İsfəndiyarlı tutublar. Qızlar arasında isə Aysel Rəhimova, Xanım İsmayılova və Aysel Cəfərova fərqləniblər. On iki yaşadək şahmatçılar arasında isə Rüstəm Rüstəmov qalib gəlib.