“Xeyli müddət idi ki çətin vəziyyətdə idik”


Azərbaycan premyer liqasının XXVI turunun “Sumqayıt” – “Kəpəz” oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadovun mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, 35 yaşlı mütəxəssis oyunla bunu deyib:

“Xeyli müddət idi ki çətin vəziyyətdə idik. Bugünkü oyun da çox vacib oyunlardan biri idi. Futbolçularım da bunu dərk edirdilər. Şükürlər olsun ki qələbə qazandıq. “Kəpəz”ə növbəti qarşılaşmalarda uğurlar arzu edirəm. Azər Bağırov çox yaxşı kollektiv formalaşdırıb”.

Həmin kateqoriyadan