- Baxış sayı: 41
- 20 İyun 2025 23:43
- Baxış sayı: 165
- İyun 20, 2025
- 0
Avro-2020-nin qrup seçməsində Xorvatiya – Azərbaycan oyununun biletləri satışa çıxarılıb. Allsport.az saytı xəbər verir ki, martın 21-də baş tutacaq görüşdə 1 azarkeş ən çoxu 6 bilet ala bilər. Ayın 18-dən isə görüşün keçiriləcəyi “Maksimir” stadionunun kassalarında satış başlayacaq.
Biletlər tribunaya görə 10 manatdan 40 manata (yerli valyuta ilə 40-150 kuna arası) qədər müxtəlif qiymətlərdədi. VIP sektorlar üçün yerin qiyməti isə 250 Xorvatiya kunasıdır (65 manat).
Zaqrebdə keçiriləcək matç 23:45-də start götürəcək.