Xüsusi olimpiya proqramı çərçivəsində stolüstü tennis yarışı

Azərbaycan xüsusi olimpiya komitəsinin təşkilatçılığı ilə “Şüa” idman-sağlamlıq mərkəzinin zalında əqli və sağlamlıq imkanları məhdud şəxslər arasında stolüstü tennis yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbir xüsusi internat, tam və inklüziv orta məktəblərin və sosial müəssisələrin şagirdlərindən, məzunlarından, eyni zamanda, ailələrdən olan oğlanlar və qızlar arasında xüsusi olimpiya proqramına uyğun baş tutub. Turnirə 70-ə yaxın atlet qatılıb.

Silsilə tədbirlər çərçivəsində indiyə qədər atletika, futbol yarışları keçirilib. Bu tədbirlər aprelin 28-də metodiki-praktiki seminarla başa çatacaq. Mayın 10-dan etibarən isə komitənin seçmə yarışları başlayacaq. Bu yarışlar 2023-cü ildə Berlində xüsusi yay olimpiya oyunlarına hazırlıq və seçmə xarakteri daşıyır.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish