XXI əsrin rekordu təkrarlandı

İqa Şvyentek Dubayda keçirilən WTA-1000 turnirin 1/16 finalında belaruslu Viktoriya Azarenkanı məğlub edib.

Allsport.az xəbər verir ki, beşqat “Böyük dəbilqə” qalibi 2022-ci ildə Avstraliyada məğlub olduqdan sonra WTA turnirinin açılış matçlarında ardıcıl 51 matçda qalib gəlir. Beləliklə, 23 yaşlı idmançı XXI əsrin rekorduna çatıb. Polşalı idmançı 2002-2005-ci illərdə belçikalı tennisçi Kim Kliystersin göstərdiyi nəticəni təkrarlayıb.

Dubayda keçirilən turnirin 1/8 finalında Şvyentek ukraynalı Dayana Yastremska ilə qarşılaşacaq.

Həmin kateqoriyadan