- Baxış sayı: 34
- 18 Mart 2023 18:58
- Baxış sayı: 11
- Mart 21, 2023
- 0
Türkiyənin “Sakarya BB Pro Team” klubunda çıxış edən şose velosipedi üzrə millinin kapitanı Elçin Əsədov, qardaş ölkədə 1.2 dərəcəli Yəhyalı qran-Prisində iştirak edib.
Allsport.az saytı xəbər verir ki, o, 118 km məsafəni 2 saat 40 dəqiqə 51 saniyə nəticə ilə 4-cü sırada başa vurub.
Həmyerlimiz həm şəxsi, həm də komandamızın beynəlxalq reytinq hesabına daha 20 xal əlavə edib.