“Yaponiya səfirinin kuboku”na yekun vurulub

Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibəti ilə “Yaponiya səfirinin kuboku” Gəncə açıq birinciliyinə yekun vurulub.

Allsport.az saytı xəbər verir ki, Göygöl olimpiya idman kompleksində təşkil edilən tədbirin açılışda Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Adil Tağıyev, Yaponiyanın Azərbaycandakı səfirinin müşaviri Takeya Yukihito, Gəncə şəhər gənclər və idman baş idarəsinin rəisi Həmid Nəsirov və Azərbaycan cüdo federasiyasının baş katibi Rəşad Rəsullu çıxış edərək yarışda iştirak edən idmançılara uğurlar arzulayıblar.

Tədbirdə müxtəlif regionlarından olan 25 komandanın 200-ə yaxın cüdoçusu iştirak edib

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish