Yarımfinal görüşləri keçiriləcək

Mayın 21-də həndbol üzrə Azərbaycan kuboku yarışında yarımfinal mərhələsinə start veriləcək.

Allsport.az xəbər verir ki, ilk oyun günündə saat 12:00-da qadınlardan ibarət “Qarabağ” və “Azəryol” komandaları üz-üzə gələcək. Saat 19:00-da isə kişilərin mübarizəsində “Dinamo” -“Bakı” görüşünün start fiti səslənəcək.

Mayın 22-də saat 13:00-da qadınların yarışında “Kür” -“İdman Akademiyası” matçı başlanacaq. Kişilərdən ibarət “Azəryol” və “Kür” komandaları isə saat 19:00-da “AHF Arena”nın meydançasına çıxacaqlar.

Həmin kateqoriyadan