“Yarış həyacanını hiss edən, rəqabəti səbirsizlikə gözləyən ölkələrə səfər ayrı bir zövqdür”

10-12 iyunda Formula-1 üzrə dünya çempionatının 8-ci mərhələsi çərçivəsində Azərbaycan qran-prisi keçirildi. 2-illik fasilədən sonra, azarkeşlər yenidən tribunalara və trekə qayıtdılar. Hazırlıq, yarışın gedişi ilə bağlı maraqlı məqamlara aydınlıq gətirmək üçün, allsport.az saytının əməkdaşı beynəlxalq avtomobil federasiyasının media rəhbəri Tom Vud ilə görüşdü.

– Bakı şəhər əməliyat şirkətinin media mərkəzində təşkilatçılıq sizi qane edirmi?
– Fikrimcə, təşkilatçılıq çox yaxşıdır. Xüsüsən media haqqında danışsaq, burada şərait qənayətbəxşdır. Bakı şəhər halqasının media komandası qarşıya çixan problemləri həll etmək üçün kifayət qədər motivasiyalıdır. Bu xüsüsiyyət trasda olan bütün sahələrdə öz əksini tapır: yarış qülləsi, könüllülər, marşallar, o cümlədən FİA könüllüləri – texniki təftiş marşalları, avtomobillərin texniki və təhlükəsizlik yoxlanışını keçirən marşal komandası. Mən başqa şöbələrin nümayəndələri və həmkarlarım ilə əlaqə qurduqda, onlar da öz növbəsində, təşkilatçılıqdan razı qaldığlarını bildirdilər. Yarış həyacanını hiss edən, rəqabəti səbirsizlikə gözləyən, bunun üçün çox çalışan ölkələrə səfər etmək ayrı bir zövqdür.

Əvvəlki illər ilə müqayisədə hansı dəyişikliklər nəzərə çarpdı?
– Burada yarış həmişə həyəcanlı olur. Bakı trası gözlənilməz hadisələr ilə zəngindir. Məncə, təşkilatçılıq ildən-ilə yaxşılaşır. Hər yarış qazanılan yeni təcrübə növbəti illərdə əksini göstərir. Düşünürəm ki, əvvəlki illər ilə müqayisədə irəlləyiş var. Qazanılan təcrübəli ilə görülən işlər daha asanlaşır. Bakıda biz həmişə isti qarşılanırıq deyə bilərəm. Media komandası əldə etdiyi təcrübə əsasında keçirilən yarışlarda hansı halların baş verə biləcəyini artıq təhmin etməyi bacarır. Formula-1 daim inkişaf edən qlobal idman növüdür. Çempionatın hər il yeniliklər ilə bol olması sözsüz ki, təşkilatçılıqda da öz əksini tapır.

– Azərbaycan qran-prisinin ilk günləri ilə bağlı təəssüratlarınız?
– Biz Bakıya çərşənbə günü endik. Artıq trasın yarışa tam hazır olduğunu müşayiət edtik. Bizim görüşlərimiz, müzakirirələrimiz də oldu. İdman təşkilatçılığını eyni zamanda marşalların gördüyü işi xüsüsi ilə vurğulamalıyam. Trasın qurulmasınıda qeyd etməyə bilmərəm, çünki Bakı şəhər trası müvəqqəti konstruksiyadan ibarətdir və hər yarış üçün tezdən qurulmalıdır. Əlbəttə ki, bu avtodromla müqayisədə tam fərqlidir. Trasın görünüşü isə möhtəşəmdir. Bakıya hamı həyacanlı, gözlənilməz yarış izləmək üçün təşrif buyurur, lakin bütün məqamlardan ən vacibi sürücülərin həm də, ümümilikdə hamının sağlamlığı üçün təhlükəsiz yarışın olmasıdır. Azərbaycan qran-prisində istənilən bir hadisə bütün yarışın dinamikasını dəyişə bilər. Buna görə rəqabət də çox həyacanlıdır. Şəhər traslarında keçirilən yarışlar tam fərqlidir.

– Sonda nəticənin bü cür bitəcəyini gözləyirdinizmi?
– Azərbaycan mükafat yarışı mürəkkəb olduğundan, burada ehtimallar özünü doğrulmur. “Red Bul” bu mövsüm yaxşı başlayıb, favoritdir, iddialıdır, amma “Ferrari” komandasının belə erkən ötüşmədən qopacağını heç kim gözləmirdi.

Söhbətləşdi: Aynur MEHDİYEVA

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish