- Baxış sayı: 24
- 21 Mart 2023 12:35
- Baxış sayı: 29
- Mart 21, 2023
- 0
Birləşmiş Ərəb Əmirliklərinin “Yas Marina” trasının konfiqurasiyası dəyişdirilib. Allsport.az saytı xəbər verir ki, bundan sonra maşınların sürətinin 10-15 saniyə artacağı gözlənilir.
Layihəni həyata keçirən “Driven İnternational” şirkətinin icraçı direktorunun sözünə görə, simulyatorlarla təcrübə apardıqdan sonra belə bir dəyişiklik etmək qərarına gəliblər. O, DRS sistemi və bolidlərin bir-birindən fərqli olmasından asılı olmayaraq bütün yarış maşınlarının sürətinin artacağını söyləyib.
Qeyd edək ki, tras dekabrın 12-də Formula-1 üzrə dünya çempionatının sonuncu mərhələsinə ev sahibliyi edəcək.