Yaşar Vahabzadə: “Müəyyən dərəcədə istədiklərimiz alındı”

“Kəpəz” premyer liqanın ilk turunda şərti öz meydanı “Dalğa arena”da “Zirə”yə 1:2 uduzub. Allsport.az saytı xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Yaşar Vahabzadə oyundan sonra mətbuat konfransında fikrini bölüşüb:

“Güclü rəqibə qarşı oynadıq. Çalışırdıq ki, onların hücumlarının qarşısını alaq və özümüz də əks-hücumlar təşkil edək. Müəyyən dərəcədə istədiklərimiz alındı. Futbolçulardan razı qaldım.

Onların meydanda etdikləri tərifə layiqdir. Çalışacağıq ki, qarşıdakı oyunlarda daha yaxşı şəkildə mübarizə aparaq”

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish