Yelkənli qayıq üzrə “Bahar kuboku”

Bakıda yelkənli qayıq üzrə “Bahar kuboku” keçirilib. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən yarışın ilk günü dənizdə müşahidə edilən güclü dalğa səbəbindən mayın 9-da baş tutub.

Optimist ümumi və ILCA-4 sinfinin şagirdləri iştirak ediblər. Optimist ümumi sinfindən 11 və ILCA-4 sinfindən 5 şagird mübarizə aparıb. ILCA-4 sinfindən türkiyəli Dario Dəniz Ergun da yarışa qatılıb.

Optimist ümumi sinfindən Fidan Ağazadə 1-ci, Kristina Kərimova 2-ci, Davud Babazadə 3-cü yeri tutub.

Optimist qızlar sinfindən isə Fidan Ağazadə, Kristina Kərimova və Nəzrin Məmmədova ilk üçlükdə yer alıblar. ILCA 4 sinfindən İsmail Kərimov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Türkiyəli Dario Dəniz Ərgun və Səhavet Əzimov növbəti pillələrdə yer alıblar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish