- Baxış sayı: 31
- 19 Sentyabr 2024 16:08
- Baxış sayı: 29
- Sentyabr 19, 2024
- 0
Premyer liqanın 4-cü turunun “İnter” – “Kəpəz” oyunu ilk hissənin məhsuldarlığı ilə diqqət çəkib. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatan görüşdə bütün qollar ilk 45 dəqiqəyə təsadüf edib.
Azərbaycan çempionatlarında fasiləyədək bu qədər qolun vurulması sonuncu dəfə 1 il əvvəl yaşanmışdı. Maraqlıdır ki, 2016/17 mövsümünün ən məhsuldar ilk hissəsi də 4-cü turda baş tutub.
2017-ci il sentyabrın 10-da keçirilən görüşdə “Neftçi” “Qəbələ” ilə üz-üzə gəlib. 8:0 hesabı ilə qalib gələn əyalət klubu bu qollardan 5-ni fasiləyədək vurub. Növbəti belə məhsuldar ilk yarı 364 gün sonra – yəni 1 ilə 1 gün qalmış qeydə alınıb.