- Baxış sayı: 50
- 29 Noyabr 2024 14:21
- Baxış sayı: 283
- Dekabr 02, 2024
- 0
“Qəbələ” Avropa Liqasında daha bir mərhələ keçməklə yeni tarix yazdı. Allsport.az xəbər verir ki, “1ırmızı-qaralar” ardıcıl 3 mərhələ adlamaqla ilk dəfə pley-off iştirakçısı oldu. Roman Qriqorçukun başçılıq etdiyi kollektiv mərhələ adladıqca rekordlarını da təzələyir.
“Qəbələ” pley-offa çıxan 4-cü klubumuzdur
“Qəbələ” Avroliqada pley-off mərhələsinə çıxan 4-cü Azərbaycan klubudur. İlk dəfə buna 2009-cu ildə “Bakı” və “Qarabağ” komandaları nail olub. “Neftçi” isə 2012 və 2014-cü illərdə Avroliqada həlledici mərhələnin iştirakçısı olub. Azərbaycan 2 dəfə Avroliqanın qrupunda təmsil olunub ki, bunu da 2012-ci ildə “Neftçi”, 2 il sonra “Qarabağ” gerçəkləşdirib.
İlkə imza atmaq şansı
“Qəbələ” mübarizəyə Avropa Liqasının I təsnifat mərhələsindən başlayaraq pley-offa vəsiqə qazanıb. Eynilə bu nəticəni daha əvvəl “Qarabağ” da göstərib. Lakin 2010/11 və 2013/14 mövsümlərində “köhlən atlar” mübarizəni pley-offda dayandırıb. Deməli, “Qəbələ” qrup mərhələsinə düşərsə, həm öz tarixində, həm də futbol tariximizdə yeni rekorda imza atacaq. Çünki indiyədək heç bir klubumuz I təsnifat mərhələsindən başladığı çıxışı qrupa vəsiqə qazanmaqla yekunlaşdıra bilməyib.
Roman Qriqorçukun üstünlüyü
“Qəbələ”nin uğurlu çıxışında, sözsüz ki, baş məşqçi Roman Qriqorçukun böyük əməyi var. Ukraynalı mütəxəssis həmkarlarından onunla fərqlənir ki, o, Azərbaycan klubuyla bu uğurlara avrokuboklarda ilk mövsümündə nail olub. Belə ki, Qurban Qurbanov “Qarabağ”da ikinci mövsümündə 3 mərhələ adlamağı bacarmışdı. Bundan əlavə, Qriqorçukun komandasının hesabında avrokuboklarda 3 qələbə var. Bu isə cari mövsümdə klublarımız arasında ən yaxşı göstəricidir. Mübarizəni dayandıran “İnter”in hesabında 1 qələbə varsa, “Neftçi”də, ümimiyyətlə, bu da yoxdur. “Qarabağ” isə mübarizəni başa vurduğu ÇL-də 1 matçda qalib gəlib.
“Qəbələ”nin futbolçuları liderdir
Azərbaycan futbolçuları avrokuboklarda cari mövsümdə 16 qol vurublar. Bunların çoxu, az qala, yarısı məhz “Qəbələ”nin hesabındadır – 7. İkinci yerdə olan “İnter” 5 qol vurub. “Neftçi” 3, “Qarabağ” 1 dəfə rəqibini oyuna mərkəzdən başlamağa məcbur edib. “Qəbələ” yalnız ikinci təsnifat mərhələsində “Çukariçki”ylə səfər matçında rəqib qapısına yol tapmayıb. “Qəbələ”nin 2 futbolçusu – kapitan Cavid Hüseynovla estoniyalı Sergey Zenyov 2 qolla bombardirlər sırasında liderdir. “Neftçi”dən Araz Abdullayevlə “İnter”in gürcü legioneri Nika Kvekveskiri də bu qədər fərqləniblər. Bu 4 futbolçu avrokuboklarda yeni mövsümün ən sərrast oyunçularıdır. Ancaq “Neftçi”ylə “İnter” mübarizəni dayandırdığından, “Qəbələ” futbolçuları qol sayını artırmaq imkanına malikdir.
Yunarlarla 2-ci dəfə
“Qəbələ”ylə “Panatianikos”un görüşü Azərbaycanla Yunanıstan klublarının avrokuboklarda 2-ci qarşılaşması olacaq. İlk duel 2012/13 mövsümündə Avroliqanın II təsnifat mərhələsində “İnter”lə “Asteras” arasında olub. Bakı və Tripolis təmsilçilərinin oyunları eyni hesabla – 1:1 yekunlaşıb. Lakin yunanlar cavab oyununda matçsonrası penaltilər seriyasında qələbə qazanaraq (4:2), növbəti mərhələyə çıxıblar. Yeri gəlmişkən, yay fasiləsində “İnter”dən “Qəbələ”yə keçən Arif Daşdəmirovla Asif Məmmədov həmin vaxt yunanlara qarşı oynayıblar.