- Baxış sayı: 78
- 24 Noyabr 2025 14:09
- Baxış sayı: 236
- Dekabr 05, 2025
- 0

Fransalı David Lapartyen yenidən beynəlxalq velosipedçilər ittifaqının prezidenti seçilib.
Allsport.az xəbər verir ki, qərar Ruandanın Kiqali şəhərində keçirilən UCİ-nin 194-cü konqresində qəbul edilib. Lapartyen yeganə namizəd olduğu üçün seçki səsvermə olmadan keçirilib. 52 yaşlı fransalı üçüncü dəfə qurumun prezidenti seçilib və növbəti dörd il ərzində bu vəzifəni icra edəcək.