- Baxış sayı: 83
- 23 Avqust 2024 16:25
- Baxış sayı: 34
- Sentyabr 09, 2024
- 0
22-30 sentyabrda Kosovonun paytaxtı Priştinada 15 və 17 yaşlı yeniyetmə ağırlıqqaldıranların Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 40-a yaxın ölkədən 305 idmançı (175 oğlan və 130 qız) iştirak edəcəklər.
Azərbaycan millisi mübarizədə 9 nəfərlə (8 oğlan, 1 qız) təmsil olunacaq. Qızların yarışında (U-17) ölkəmizi Səbinə Əzimova (53 kq), 15 yaşlılarda Elşən Məmmədov (50 kq), Murad Əliyev və Rüstəm Qasımov (56 kq), Nurlan Rəsulov (62 kq), Əli Şükürlü (69 kq), Tarmenxan Babayev (85 kq), Rəhman Kazımov (+94 kq) körpücük üzərinə çıxacaqlar.
U-17-də Elməddin Hüseynov (56 kq) gücünü sınayacaq.