Yeniyetmə boksçular Rumıniyadan 3 qızıl və 4 gümüş medalla dönüb

Rumıniyanın Georgeni şəhərində yeniyetmə və məktəbli boksçuların beynəlxalq turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi 12 ölkədən 212 idmançının qatıldığı yarışı 3 qızıl və 4 gümüş medalla başa vurub.

Məşqçi Ağası Məmmədovun rəhbərlik etdiyi oğlanlardan ibarət komandada Məhəmmədəli Aşırəliyev (54 kq), Məhəmmədəli Qasımzadə (57 kq) 1-ci, Tacı Nəsibov (50 kq) 2-ci olub.

Baş məşqçi Yadigar Məmmədovun rəhbərlik etdiyi qızlardan ibarət seçmədə Emili Rzayeva (70 kq) qızıl, Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (50 kq) və Aynur Mikayılova (52 kq) gümüş mükafata yiyələniblər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish