- Baxış sayı: 61
- 08 Noyabr 2024 21:54
- Baxış sayı: 53
- Noyabr 11, 2024
- 0
Bu gün paytaxtda qitə yeniyetmələrinin olimpiya festivalında güləşçilərin çıxışı başa çatdı. Allsport.az saytı xəbər verir ki, yarışda uğurlu nəticə göstərən bahadırlarımız Azərbaycanın komanda hesabında 1-ci sıralarda qərarlaşmasında təkbaşına rol oynadılar.
“Sərbəstlər”in mübarizəsində Murad Haqverdiyev (45 kq), Kənan Heybətov (51 kq), Cəbrayıl Hacıyev (65 kq) 1-ci, Əbülfəz Nəsirov (55 kq), Sabir Cəfərov (60 kq) 2-ci, Mircavad Nəbiyev (48 kq) 3-cü pilləni tutdular.
Yunan-Romada Fərid Sadıxlı (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev (51 kq), Həsrət Cəfərov (60 kq), Xasay Həsənli (65 kq) qızıl, Nihat Məmmədli (55 kq) bürünc medal qazandılar.
Qızlarda Gültəkin Şirinova (46 kq), Elnurə Məmmədova (53 kq), Mərziyə Sadıqova (61 kq) 2-ci və Nigar Mirzəzadə (65 kq) 3-cü yer tutdular.
Qeyd edək ki, EYOF-un 3-cü gününün ümumə nəticəsində sonra, ölkəmiz güləşçilərin yiyələndiyi 8 qızıl, 5 gümüş və 3 bürünc mükafatla komanda hesabında 1-ci sıradadır.