Yeniyetmə qız badmintonçulardan uğurlu nəticə

Serbiyanın Novı Sad şəhərində yeniyetmə badmintonçuların beynəlxalq turnirində millimiz uğurlu çıxış edib. Allsport.az saytı xəbər verir ki, 13 yaşadək qızların şəxsi yarışında Leyla Camalzadə 3-cü yer tutub. O və Nəzrin Mehrəlizadə cütü qoşada da bürünc medal qazanıblar.

Turnirdə həmçinin Ülvi Hüseynov, Nərmin Hüseynova, Emil Akçurin, Anar Hüseynov, Əminə İsmayılova və Ayxan Kərimzadə U-13 və U-15 yarışlarında müxtəlif kateqoriyalar üzrə çıxış ediblər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish