Yeniyetmə şpaqaçılarımız güclərini Qazanda sınayıb

Qazanda qılıncoynatma üzrə ümumrusiya açıq “Yeni il” turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, 130 yeniyetmə oğlan şpaqaçının mübarizəsində Barat Quliyev 5 görüşdən 2-sində üstün başa vurmaqla pley-offa adlayıb. 1/64 finalda Rusiya idmançısı Aleksey Borodini məğlub edən təmsilçimiz növbəti mərhələdə digər rusiyalı idmançı Aleksey Vinoqradova uduzub.

Raul Aruslanov ilk mərhələsini adlamağı bacarıb. Qrupda keçirdiyi 6 qarşılaşmadan 2-də qalib gələn idmançımız 1/64 finalda tatarıstanlı Daniel Əskərova məğlub olub. 6 çəkişmədən 1-rində qələbə qazanan Kənan Məlikzadə isə mübarizəni erkən dayandırıb.

137 yeniyetmə qız şpaqaçının yarışında qrupda 6 görüşdən 3-də qalib gələn Azərin İdriszadə 1/64 finalda rusiyalı Yekaterina Tarasovaya uduzub. 6 qarşılaşmadan 2-sində sevinən Nazilə Rəhimova 1/64 finalda Özbəkistan idmançısı Sevara Rəhimovaya yenilib.

Alfiyə Abdinova da 6 mücadilədən 2-də qalib gələrək pley-offa yüksəlib. Şpaqaçımız 1/64 finalda rusiyalı Mariya Melexinaya uduzub. 6 görüşdən 1-də qələbə əldə edən Aysu Nuriyeva qrupu adlaya bilməyib.

Həmin kateqoriyadan