- Baxış sayı: 29
- 04 Noyabr 2024 23:31
- Baxış sayı: 230
- Noyabr 04, 2024
- 0
Yeniyetmə taekvondoçular arasında keçirilən Avropa birinciliyi başa çatıb. Allsport.az xəbər verir ki, Fransanın Strasburq şəhərində təşkil edilən və sayca 6-cı olan birinciliyə, 39 ölkədən 350 idmançı qatılmışdı.
Bu yarışda yeniyetmələrdən ibarət milli komandamız 18 idmançı ilə təmsil olunub. Komandamız üçün uğurlu alınan qitə birinciliyində millinin 4 üzvü adlarını mükafatçılar sırasına yazdıra bilib.
3 gün davam edən yarışda 37 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Bəhruz Quluzadə bütün rəqiblərinə inamlı qalib gələrək bayrağımızı qaldırıb, himnimizi səsləndirib. Sevda Pirseyidova (-37 kq) isə yalnız final döyüşündə türkiyəli Melek Polata məğlub olaraq gümüş medala layiq görülüb.
Komandanın digər üzvləri Ziya Xəlilov (-41 kq) və Yunis Məmmədzadə (-53 kq) isə yarışı bürünc medalla başa vürublar.