- Baxış sayı: 41
- 09 Oktyabr 2024 11:59
- Baxış sayı: 81
- Oktyabr 10, 2024
- 0
13-16 apreldə Bakı İdman Sarayında yeniyetmə-gənc sərbəst və yunan-Roma güləşçilər arasında AGF kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışdaAzərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxstan və Belarus pəhləvanları mübarizə aparacaqlar.
Turnirin proqramına əsasən, aprelin 13-də yunan-Roma güləşi üzrə yeniyetmələr, 14-də yunan-Roma güləşi üzrə gənclər, 15-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 16-da isə sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.
Turnirin rəsmi açılışı ayın 13-də saat 17.00-da baş tutacaq. Qalib və mükafatçılar Güləş federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaqlar.