Yeniyetmə və gənc kikboksçular dünya birinciliyinə harada hazırlaşırlar?

Yeniyetmə və gənc kikboksçulardan ibarət milli komandalar İtaliyanın Yezolo şəhərində keçiriləcək dünya birinciliyinə hazırlaşırlar. Allsport.az saytı xəbər verir ki, hazırlıq avqustun 15-dən etibarən başlayıb. Təlim-məşq gündə 2 dəfə olmaqla, baş məşqçi Hikmət Hacıyevin rəhbərliyi ilə DİN idman cəmiyyətinin kikboks zalında keçirilir.

Prosesdə Qazaxıstanın yeniyetmə və gənclər üzrə millisinin 4 üzvü də iştirak edir. Onlar Bakıda milli komandamızla 10 günlük məşq prosesinə cəlb olunub. Həmçinin, hazırlıqlarda AKF-in 1-ci vitse-prezidenti Ramal Aslanov da iştirak edir. Yeniyetmə-gənclər dünya çempionumuzun məşqlərə qatılmasından ilham alırlar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish