- Baxış sayı: 14
- 20 İyul 2025 23:33
- Baxış sayı: 171
- İyul 20, 2025
- 0
Şimali Makedoniyanın paytaxtı Skopyedə yeniyetmələrin Avropa çempionatında yunan-Roma güləşçiləri çıxışlarını başa vurublar.
Allsport.az saytı xəbər verir ki, 5 medal qazanan millimiz komanda hesabında ilk 3-lükdə yer alıb. Bahadırlar 116 xal qazanıblar, Ermənistan (135) və Gürcüstandan (122) geri qalıblar.
Abdurrəhman Hüseynli (45 kq) ilə Rihad İbrahimli (110 kq) fəxri kürsünün zirvəsinə qalxıblar. Əli Nəzərov (60 kq) gümüş medalla kifayətlənib. Qurban Məcnunov (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) 3-cü yer tutublar.